Bank Of Baku

İsa Qəmbərlə Sabir Rüstəmxanlı arasında görüş olub

İsa Qəmbərlə Sabir Rüstəmxanlı arasında görüş olub
# 13 may 2011 15:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Bakıdakı məşhur otellərdən birində Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı arasında görüş olub. APA-nın məlumatına görə, görüş VHP sədrinin təşəbbüsü ilə baş tutub.

Belə ki, oteldə Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Petros Eftimiu ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşüb. Görüşdən çıxan partiya sədrləri getsə də, İ. Qəmbər və S. Rüstəmxanlı oteldə qalaraq təxminən yarım saat söhbət ediblər.

Sabir Rüstəmxanlı APA-ya açıqlamasında İ. Qəmbərlə qəhvə içib, söhbət etdiklərini bildirib: “Oturub dərdləşdik. Çoxdandır görüşmürdük. Ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etdik. Həbs olunan jurnalistlərlə bağlı mövzu da daxil olmaqla, mətbuatda yazılan, cəmiyyəti düşündürən bir sıra mövzular ətrafında müzakirələr apardıq”.

S. Rüstəmxanlı İ. Qəmbərin onun Milli Məclisdəki və partiyadakı işləri ilə maraqlandığını da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR