Bank Of Baku

Müsavat Partiyası Gənclər Təşkilatı parkda aksiya keçirməyə cəhd göstərib

Müsavat Partiyası Gənclər Təşkilatı parkda aksiya keçirməyə cəhd göstərib
# 14 may 2011 17:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bu gün saat 18:00 radələrində Müsavat Partiyası Gənclər Təşkilatının bir qrup üzvü metronun “Azadlıq” stansiyasının qarşısındakı parkda aksiya keçirməyə cəhd göstərib.

Müsavat Partiyasından APA-ya verilən məlumata görə, gənclər “Siyasi məhbuslara azadlıq!” şüarı səsləndirib və 2 aprel mitinqində qanunsuz olaraq həbs edilən şəxslərin dərhal azadlığa buraxılmasını, habelə 2 aprel mitinqi ilə bağlı qaldırılmış qondarma cinayət işinin ləğv olunmasını tələb ediblər.

Dinc aksiya polis tərəfindən dağıdılıb. Müsavat Gənclər Təşkilatının üzvü Əhliman Abbasov, “Demokrat” qəzetinin müxbiri Tural Hacıbəyli və Ayxan Hacıbəyli polis tərəfindən saxlanılaraq Binəqədi rayon polis idarəsinə aparılıb.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, üç nəfər gənc metronun “Azadlıq” stansiyasının qarşısındakı parkda ictimai asayişi pozaraq aksiya keçirməyə cəhd edib. Həyata keçirilən tədbirlər nəticəsində cəhdin qarşısı alınıb. İctimai qaydanı pozmağa cəhd göstərən gənclər saxlanılaraq izahatı alındıqdan sonra sərbəst buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR