Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti iclası keçirilib

Müsavat Partiyası Divanının növbəti iclası keçirilib
# 16 may 2011 13:43 (UTC +04:00)
Bakı - APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, öncə Azərbaycan təmsilçiləri - Eldar Qasımov və Nigar Camalın “Eurovision” mahnı müsabiqəsində qələbə çalması Azərbaycanın böyük uğuru kimi qiymətləndirilib.

Sonra qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub.

Ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsi zamanı qeyd edilib ki, 15 may 2011-ci ildə Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının qərargahı qeyri-qanuni olaraq möhürlənib.

Daha sonra mayın 14-də Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Əhliman Abbasovun, “Demokrat” qəzetinin əməkdaşı Tural Hacıbəylinin və Ayxan Hacıbəylinin Binəqədi rayonu ərazisindəki parkda qeyri-qanuni olaraq həbs olunmaları barədə məsələ müzakirə edilib. Divan hər iki hadisəni pisləyib, qanunsuzluğa yol verən polis əməkdaşlarının və onlara göstəriş verənlərin cəzalandırılmasını, partiyanın Sumqayıt şəhər təşkilatının qərargahının dərhal geri qaytarlmasını tələb edib.

Toplantıda Azərbaycanın bloklara qoşulmayan ölkələr qurumuna üzv olması məsələsi də müzakirə edilib. Qeyd olunub ki, soyuq müharibə dövründən qalan bu qurum əslində öz funksional əhəmiyyətini çoxdan itirib və faktiki olaraq müharibə vəziyyətində olan, ərazisinin önəmli bir hissəsi işğal edilmiş Azərbaycanın bu quruma daxil olmaq niyyəti absurddur.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR