Bank Of Baku

YAP “Evrovision-2011” mahnı müsabiqəsinin qaliblərini təbrik edib

YAP  “Evrovision-2011” mahnı müsabiqəsinin qaliblərini təbrik edib
# 16 may 2011 15:59 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyası (YAP) “Evrovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camala təbrik məktubu ünvanlayıb. APA-nın məlumatına görə, məktubda Azərbaycan təmsilçilərinin ən çox tanınan və sevilən mahnı müsabiqəsində parlaq qələbəsinin hər bir azərbaycanlının qəlbini sevinc və iftixar hissi ilə doldurduğu vurğulanıb: “Gənc Azərbaycan istedadlarının mötəbər Avropa mahnı yarışında misilsiz uğuru ölkəmizin dünyaya növbəti yeni və gözəl təqdimatı kimi yadda qalacaq. Siz təkcə öz adınızı deyil, həm də Azərbaycanın adını Avropanın müasir mədəniyyət tarixinə yazdınız, xalqımızın zəngin mədəni sərvətlərini və ənənələrini möhtəşəm mahnı müsabiqəsində bütün dünya qarşısında yüksək ləyaqətlə nümayiş etdirə bildiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR