Bank Of Baku

KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 16 may 2011 16:05 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib.

Toplantıda KXCP-nın II Qurultayının keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) 11.05.2011-ci il də yer ayrılması üçün edilən müraciət barədə məlumat verilib. KXCP rayon (şəhər) şöbələrində növbəti konfransların keçirilməsi və keçirilmiş konfranslar haqda məlumatlar dinlənilib.

Toplantıda həmçinin, siyasi partiya və ictimai təşkilat rəhbərləri ilə keçirilən görüşlər haqqında məlumatlar dinlənilib və müvafiq qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR