Bank Of Baku

İstintaq qrupunun rəhbəri: “İctimai Palatanın 2 aprel aksiya ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşır”

İstintaq qrupunun rəhbəri: “İctimai Palatanın 2 aprel aksiya ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşır”
# 17 may 2011 07:49 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiyada baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib. O, qeyd edib ki, mətbuatda istintaqın qəsdən uzadılması barədə yayılan informasiyaların heç bir əsası yoxdur: “Biz özümüz maraqlıyıq ki, istintaqı vaxtında yekunlaşdıraq. Onu deyə bilərəm ki, artıq istintaq tamamlanmaq üzrədir”.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR