Bank Of Baku

Əli Əhmədov: “Azərbaycanın Avropa müsabiqəsində qalib gəlməsi göstərdi ki, Qərbin sadə insanları bəzi siyasətçilərindən fərqli olaraq, daha ədalətli və daha obyektivdirlər”

Əli Əhmədov: “Azərbaycanın Avropa müsabiqəsində qalib gəlməsi göstərdi ki, Qərbin sadə insanları bəzi siyasətçilərindən fərqli olaraq, daha ədalətli və daha obyektivdirlər”
# 17 may 2011 09:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. ““Eurovision” müsabiqəsində qələbə Azərbaycanın nailiyyətlərinin, yüksəlişinin təcəssümü və ifadəsidir. Bu qələbə Azərbaycanın mədəniyyəti ilə yanaşı, ölkə reallıqlarını bütün dünyaya çox gözəl şəkildə nümayiş etdirə bildi”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini, deputat Əli Əhmədov deyib.

O, gələn il Bakıda keçiriləcək növbəti müsabiqənin Azərbaycan gerçəklilərinin bir daha dünyaya çatdırılmasına imkan yaradacağını bildirib: “Bu qələbə həm də Azərbaycan ifaçılarının peşəkarlıqlarının sübutudur. Bəzi hallarda Azərbaycana qarşı ikili standartlar mövqeyindən yanaşmalar olur. Biz bu ikili yanaşmalar mövqeyini qəbul etmirik. Azərbaycanın Avropa müsabiqəsində qalib gəlməsi bir reallığı açıq şəkildə göstərdi ki, Qərbin sadə insanları ölkələrinin bəzi siyasətçilərindən fərqli olaraq, daha ədalətli və daha obyektivdirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR