Bank Of Baku

Nemət Pənahlının məhkəməsi davam etdirilib

Nemət Pənahlının məhkəməsi davam etdirilib
# 17 may 2011 12:25 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi rayon Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı və onunla birgə saxlanılan Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Nemət Pənahlının vəkili Samir İsayevin APA-ya verdiyi xəbərə görə, hakim Elman Əhmədovun sədrlik etdiyi prosesdə ittiham tərəfinin şahidi dindirilib: “Biz hadisənin görüntülərinin prosesdə göstərilməsi ilə bağlı vəsatət verdik. Çünki həmin ərazidə olan kamera hadisəni qeydə alıb. Hakim vəsatəti təmin etdi. Tibbi ekspertiza ilə bağlı sənədlərin götürülməsi barəsində də vəsatət qaldırdıq. Həmin vəsatət isə açıq saxlanıldı. Hakim təklif etdi ki, əvvəlcə tibbi ekspertizanı verən şəxsi çağırıb dindirək. Biz də razılaşdıq”.

Samir İsayev məhkəmə istintaqının normal aparıldığını bildirib: “Hələ ki, məhkəmə istintaqı obyektiv aparılır”.

Proses mayın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 7-də saxlanılıblar. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR