Bank Of Baku

Vətəndaş Hərəkatı Forumu 8 müxalifət partiyasına müraciət göndərib

Vətəndaş Hərəkatı Forumu 8 müxalifət partiyasına müraciət göndərib
# 17 may 2011 12:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Vətəndaş Hərəkatı Forumu adından bir qrup müxalifət partiyasına müraciət göndərilib. APA-nın məlumatına görə, Vətəndaş və İnkişaf, Liberal, Milli İstiqlal, Klassik Xalq Cəbhəsi, Müsavat, Xalq Cəbhəsi, Demokrat və Ümid partiyalarına ünvanlanan məktubda dünyada və Azərbaycanda gedən proseslər, ictimai-siyasi durum, müxalifətin indiki vəziyyəti və vəzifələri, növbədənkənar parlament seçkilərinin keçirilməsi, buna hazırlıq istiqamətində əməkdaşlığın və birgə fəaliyyət formalarının müzakirəsi təklifi əksini tapıb. Forum üzvləri təklif edib ki, bu 8 partiyanın iştirakı ilə zirvə görüşünün keçirilməsi istiqamətində fəaliyyətə start verilsin. Toplantının ADP və ya KXCP-nin qərargahında, yaxud ATƏT-in Bakı ofisində keçirilməsi məsləhət görülüb.

Qeyd edək ki, adıçəkilən 8 partiyanın bir araya gəlməsi təklifi ilkin olaraq VİP ilə ALP tərəfindən irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR