Bank Of Baku

Millət vəkili: “Azərbaycanda təcili tütün istehlakının məhdudlaşdırılması ilə bağlı qanun qəbul edilməlidir”

Millət vəkili: “Azərbaycanda təcili tütün istehlakının məhdudlaşdırılması ilə bağlı qanun qəbul edilməlidir”
# 17 may 2011 13:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Milli Məclisdə çıxışında deputat Qənirə Paşayeva bildirib.

Azərbaycanda zəruri olsa da, hələ ki, müvafiq qanunvericiliyin qəbul edilmədiyini deyən deputatın sözlərinə görə, artıq bir çox ölkə bu sahədə müəyyən addımlar atıb: «Bu gün dəhşətli vəziyyət mövcuddur. İctimai yerlərdə uşaqları, qadınları nəzərə almadan siqaret çəkilir. Artıq Türkiyədə belə bir təcrübə mövcuddur və Azərbaycanda da belə bir qanun layihəsi hazırlanıb».

Deputat parlamentin yaz sessiyası başa çatanadək - mayın 31-dək «Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında» qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını təklif edib.

Qeyd edək ki, qanun qapalı yerlərdə, təhsil və səhiyyə müəssisələrində, təhsil müəssisələrinin (bağçalar, orta və ali məktəblər və s.) ətrafında, ictimai iaşə obyektlərində, vağzallarda, hava limanlarında, restoranlarda, iş yerlərində siqaret çəkilməsini qadağan edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR