Bank Of Baku

Məhkəmə Tural Abbaslının barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləməyib

Məhkəmə Tural Abbaslının barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləməyib
# 17 may 2011 14:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Səbail Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verdiyi vəsatət əsasında məhkəmə prosesi keçirilib. Vəkil Anar Qasımovun APA-ya verdiyi xəbərə görə, məhkəmə vəsatəti təmin etməyib. Vəkil məhkəmə qərarından apellyasiya şikayətinin veriləcəyini bildirib.

Qeyd edək ki, İctimai Palatanın (İP) aprelin 2-də Bakının mərkəzində keçirməyə cəhd etdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Tural Abbaslının barəsində məhkəmə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR