Bank Of Baku

Prezident İlham Əliyev: “Avropanın enerji təhlükəsizliyi və Avropa ilə enerji əməkdaşlığı Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının gündəliyində duran məsələlərdir”

Prezident İlham Əliyev: “Avropanın enerji təhlükəsizliyi və Avropa ilə enerji əməkdaşlığı Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının gündəliyində duran məsələlərdir”
# 17 may 2011 15:49 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Çexiya prezidenti Vatslav Klausla görüşdən sonra mətbuata bəyanatında deyib.

Dövlət başçısı münasibətlərin regional ölçüsünün də olduğunu bildirib: “Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, həmçinin ikitərəfli münasibətlərimizin bir hissəsidir. Biz Çexiya tərəfinə Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığına verdiyi dəstəyə görə olduqca minnətdarıq. Hazırda biz “Şərq Tərəfdaşlığı” Proqramında iştirak edirik və ümidvarıq ki, bu proqram nəticəsində Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daha da sıx olacaq. Enerji əməkdaşlığımız ikitərəfli gündəliyimizin bir hissəsidir. Çox şadıq ki, Azərbaycanın karbohidrogen resursları artıq Çexiya bazarına çıxarılır. Ümidvarıq ki, bu əməkdaşlıq növbəti illərdə daha da artacaq. Hazırda biz neft ixrac edirik, lakin gələcəkdə qaz sektorunda da əməkdaşlıq ikitərəfli münasibətlərimizin bir hissəsi olacaq. Xüsusilə nəzərə alsaq ki, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi haqqında birgə Bəyannamə imzalanıb. Avropanın enerji təhlükəsizliyi və Avropa ilə enerji əməkdaşlığı Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının gündəliyində daim duran məsələlərdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR