Bank Of Baku

Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində struktur dəyişiklikləri ilə bağlı məlumat yayılıb

Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində struktur dəyişiklikləri ilə bağlı məlumat yayılıb
# 17 may 2011 16:10 (UTC +04:00)
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, 12 may 2011-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların Əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanıb.

Həmin əmrə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində təşkilati və informasiya təminatı şöbəsi, əməliyyat şöbəsi və əməliyyat təminatı şöbəsi təsis edilib. Bundan başqa idarənin Analitik-informasiya şöbəsi ləğv edilməklə, onun bazasında Preventiv tədbirlər və təhqiqat şöbəsi, həmçinin şöbə səlahiyyətli Mütəxəssislər qrupu yaradılıb.

Aparılan struktur islahatları çərçivəsində daxili təhqiqatlar şöbəsi ləğv edilərək onun bazasında Daxili Təhlükəsizlik Xidməti təsis edilib.

Qeyd olunanlara əsasən idarənin təcrübəli kadrlarla daha da gücləndirilməsi məqsədi ilə rəhbər heyət və digər təsnifatlar üzrə təyinatlar aparılıb, rotasiya qaydasında müvafiq dəyişikliklər həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR