Bank Of Baku

Deputatlar Arif Hacılının zaminə buraxılması üçün müraciət ediblər - YENİLƏNİB

Deputatlar Arif Hacılının zaminə buraxılması üçün müraciət ediblər - <font color=red>YENİLƏNİB</font>
# 18 may 2011 10:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasının qərargahında 2 aprel aksiyasında tutulan şəxslərin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Komitənin sədri Vidadi Mirkamal həbslərin siyasi xarakter daşıdığını, həmin şəxslərin dərhal azadlığa çıxmalı olduğunu deyib.

Komitə təmsilçisi Vaqif Hacıbəyli hökumətə açıq müraciət etdiklərini bildirib: “Müraciətimiz onunla əlaqədardır ki, 2 aprel aksiyası ilə bağlı aparılan istintaq yekunlaşsın, tutulan şəxslər azadlığa buraxılsın”.

V. Hacıbəyli sabiq və indiki deputatlardan A. Hacılının zaminə götürülməsi üçün müraciət olunduğunu da bildirib: “Həmin şəxslərə təşəkkür edirəm”.

V. Hacıbəyli ATƏT-in Bakı ofisinin Azərbaycan hakimiyyəti ilə sərbəst toplaşma azadlığının təmin olunması istiqamətində apardığı danışıqların iflasa uğradığını bildirib.

Mətbuat konfransında İctimai Palatanın katibi Gülağa Aslanlı da iştirak edib.

APA A. Hacılının zaminə götürmək üçün müraciət edən deputatların adlarını dəqiqləşdirib. Millət vəkilləri İqbal Ağazadə və Sabir Rüstəmxanlı bununla bağlı ayrı-ayrılıqda müraciət ediblər. Onlar A. Hacılını zaminə götürmək istədiklərini bildiriblər.

İ. Ağazadə APA-ya açıqlamasında məlumatı təsdiqləyib: “Mən müraciət etmişəm, qalan şəxslərin müraciətindən isə xəbərim yoxdur”.

S. Rüstəmxanlı da APA-ya açıqlamasında məhkəməyə müraciət etdiyini deyib: “Məsələ ilə Baş Prokurorluq məşğuldur. Lazım gəlsə, bunun üçün Baş Prokurorluğa da müraciət edəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR