Bank Of Baku

Səməd Seyidov: “Hər bir yüksək səviyyəli müəllimin, professorun məsələsi xüsusi müzakirə edilərək nəzərə alınacaq”

Səməd Seyidov: “Hər bir yüksək səviyyəli müəllimin, professorun məsələsi xüsusi müzakirə edilərək nəzərə alınacaq”
# 18 may 2011 10:31 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA. “Azərbaycanda özəl məktəb də, dövlət məktəbi də bizimdir, millətimizindir. Onların hər birinin inkişafı bizim marağımızda olan məsələdir. Bu qanun layihəsi Azərbaycanda idarəetmənin daha da təkmilləşdirilməsinə xidmət edən, idarəetmə sisteminin içərisində bir ənənənin yaradılmasının əsasını qoyan bir sənəddir”. Bu sözləri Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov APA-nın dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yaş həddi ilə bağlı “Dövlət qulluğu haqqında qanun”a edilən əlavə və dəyişikliklər haqda sualını cavablandırarkən deyib.

S. Seyidov bildirib ki, hər bir demokratik dövlətdə dövlət qulluğuna gəlmək, fəaliyyət göstərmək və getmək mədəniyyəti var: “Bu, Azərbaycanda da formalaşmalıdır. Bu istiqamətdə prezidentin atdığı addımlar idarəetmənin təkmilləşməsinə yönəlib. Ona görə də, bəzi insanların narahatlıq keçirməsinə heç bir əsas yoxdur. Hər bir yüksək səviyyəli müəllimin, professorun, Azərbaycana xidməti olan insanın məsələsi xüsusi müzakirə edilərək nəzərə alınacaq”.

S. Seyidov ADU-da yaşı 65-i keçmiş kadrların az olduğunu söyləyib: “Bizim universitetimiz daim islahatlar içərisində olmuş bir ali məktəbdir. Ona görə də bizdə gənclik üstünlük təşkil edir. Təbii ki, universitetdə bu yaşda olan insanların hamısı dəyərli, yüksək səviyyəli mütəxəssislərdir. Onların bilik və bacarıqlarından istifadə olunması gündəmdə olan bir məsələdir”.

Xatırladaq ki, qanuna dəyişikliklə bağlı parlamentdəki müzakirələrdə rektor deputatlar - Gülçöhrə Məmmədova, Şəmsəddin Hacıyev və Abel Məhərrəmov öz narahatlıqlarını ifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR