Bank Of Baku

Azərbaycanda seçicilərin sayı artıb

Azərbaycanda seçicilərin sayı artıb
# 18 may 2011 13:19 (UTC +04:00)
Bakı. Pərvin Abbasov APA. “Azərbaycan Mərkəzi Seçki Komissiyası seçici siyahıları ilə bağlı nə yerli, nə də beynəlxalq təşkilatların iradları ilə üzləşməyib. Ancaq biz bu istiqamətdə işlərimizi gücləndirməkdə davam edirik”. APA-nın xəbərinə görə, bunu MSK sədrinin müavini Natiq Məmmədov keçirdiyi brifinqdə bildirib. O, MSK-nın yanvar ayından başlanmış ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilməsi prosesinə yekun vurduğunu söyləyib. N. Məmmədov ölkədə ötən illə müqayisədə seçicilərin sayının 27 095 nəfər artaraq 4 873 642 nəfərə çatdığını açıqlayaraq artımı doğum hallarının ölüm hallarına nisbətən çox olması ilə izah edib.

N. Məmmədov deyib ki, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib. DSK-lar isə martın 5-dək seçki dairələri üzrə seçici siyahılarını tərtib edərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına göndərib. Prosesdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının köməyindən istifadə olunub. Aprelin 5-dən etibarən isə Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən tərtib edilib.

Qeyd edək ki, bu gün MSK üzvləri vahid seçicilər siyahısının yenidən tərtib edilməsinin texniki prosedurları ilə də tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR