Bank Of Baku

MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib
# 18 may 2011 13:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda seçicilərin daimi siyahılarının tərtibinə dair məsələyə baxılıb.

MSK sədri Məzahir Pənahov seçici siyahılarının tərtib olunması prosesi barədə geniş məlumat verib və bu ilin əvvəlində məntəqə seçki komissiyalarında başlamış prosesin başa çatdığını elan edib: “Beynəlxalq standartlarla baxsaq, Azərbaycanda seçici siyahıları ilə bağlı heç bir problem yoxdur”.

İclasda çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov və MSK-nın katibi Mikayıl Rəhimov seçici siyahılarının keyfiyyətli tərtib olunduğunu deyiblər.

Sonda məsələ səsverməyə qoyularaq təsdiqlənib. Bununla da vahid seçicilər siyahısı rəsmi sənəd statusu alıb. M. Pənahov seçici siyahılarının MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdirildiyini də bildirib.

Qeyd edək ki, Azərbaycanda ötən illə müqayisədə seçicilərin sayı 27 095 nəfər artaraq 4 873 642 nəfərə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR