Bank Of Baku

Azərbaycan prezidenti Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olub

Azərbaycan prezidenti Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olub
# 18 may 2011 14:35 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident 2010-cu il noyabrın 9-da Azərbaycanda ilk dəfə qeyd edilən Dövlət Bayrağı Günü münasibətilə təşkil edilən mərasimdə Dövlət Bayrağı Meydanının ətrafında tikinti-quraşdırma işlərinin davam etdirilməsi ilə bağlı tapşırıqlarını verib. O vaxtdan başlayaraq burada ardıcıl surətdə quruculuq tədbirləri həyata keçirilir.

Dövlət Bayrağı Meydanının ətrafındakı 60 hektar ərazidə parkların, bulvarın, istirahət və gəzinti yerlərinin salınması istiqamətində xeyli iş görülüb. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı Bakıda icra edilən böyük layihələrdən olan Dövlət Bayrağı Meydanında və onun ətrafında görülən işlərin tamamlanması və bu ilin sonunadək paytaxt sakinlərinin istifadəsinə verilməsi ilə bağlı göstərişlər verib.

Azərbaycan prezidenti burada aparılan tamamlama işləri ilə yerində tanış olub. Bakı şəhərinin sxemi əsasında Dövlət Bayrağı Meydanında və ətraf ərazilərdə həyata keçirilən quruculuq işləri barədə prezidentə ətraflı məlumat verilib.

Ərazidə aparılan abadlıq və quruculuq tədbirləri ilə yaxından tanış olan dövlət başçısı işlərin sürətlə və keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR