Bank Of Baku

“Mehmet Kəngərli deyirdi ki, Elçibəy özünün yox, Etibar Məmmədovun prezident olmasını istəyirdi”

“Mehmet Kəngərli deyirdi ki, Elçibəy özünün yox, Etibar Məmmədovun prezident olmasını istəyirdi”
# 19 may 2011 12:57 (UTC +04:00)
O bildirdi ki, Elçibəy israrla “Azərbaycan Respublikasının prezidenti Etibar Məmmədov olmalıdır” deyirdi. Soruşduq ki, niyə? Dedi ki, hüquqi dövləti yalnız onun nizam-intizamı ortaya çıxara bilər. Kəngərli deyirdi ki, Elçibəyə mane olaraq, Etibar Məmmədovun prezidentliyinin qarşısını aldıq”. APA-nın xəbərinə görə, bunu İctimai Palatanın təsisçi üzvü Pərviz Səmədbəyli AMİP-in təşkilatçılığı ilə keçirilən “Dəyişən dünya və Güney Azərbaycan Milli Azadlıq Hərəkatı” mövzusunda konfransda deyib.

P. Səmədbəyli M. Kəngərliyə istinadən bildirib ki, Elçibəy məcburiyyət qarşısında qalaraq prezidentliyə namizədliyini verib.

Tədbirdə iştirak edən Müsavat Partiyası Məclisinin sədri, P. Səmədbəylinin qardaşı Arzu Səmədbəyli isə deyilənləri gülüşlə qarşılayıb.

Konfransın sonunda AMİP-in baş katibi Arzuxan Əlizadə isə çıxış üçün E. Məmmədova söz verərkən onu “Milli Azadlıq Hərəkatının lideri” adlandırıb.

Arzu Səmədbəyli isə “lideri yox, liderlərindən biri” deyərək bu təqdimata düzəliş edib.

AMİP lideri Etibar Məmmədov özü isə APA-ya açıqlamasında bu məsələyə “Mən onunla fəxr edirəm ki, Hərəkatın iştirakçısı olmuşam” deyərək münasibət bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR