Bank Of Baku

“İnsan Naminə” seçki blokunun təsisçiləri olan partiya liderləri arasında növbəti görüş keçirilib

“İnsan Naminə” seçki blokunun təsisçiləri olan partiya liderləri arasında növbəti görüş keçirilib
# 19 may 2011 13:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İnsan Naminə” seçki blokunun təsisçiləri olan Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mais Gülalıyev, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev arasında növbəti görüş keçirilib. VİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müntəzəm müzakirələr aparan partiya rəhbərləri ölkədəki ictimai-siyasi vəziyyəti və müxalifətdaxili inteqrasiya məsələlərini müzakirə ediblər. Eyni mövqedə dayanan müxalifət partiyalarının bir araya gəlmələrinin vacibliyini xüsusi vurğulayan partiya sədrləri irəli sürdükləri inteqrasiya təşəbbüsü çərçivəsində apardıqları müzakirələri dəyərləndiriblər.

Görüşün sonunda müvafiq qərarlar qəbul olunub. Qarşılıqlı razılaşmaya əsasən bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR