Bank Of Baku

BDU-da Türkiyənin 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramına həsr olunmuş tədbir keçirilib

BDU-da Türkiyənin 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramına həsr olunmuş tədbir keçirilib
# 19 may 2011 14:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakı Dövlət Universitetində (BDU) Türkiyənin 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramına həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc, BDU-nun rəhbərliyi və universitet tələbələri iştirak edib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, ölkələr arasındakı mövcud qardaşlıq əlaqələrinə heç bir qüvvə xələl gətirə bilməz: “Azərbaycan gəncləri “Eurovision” yarışmasında Türkiyə bayrağını qaldırmaqla təsdiq etdi ki biz bir millətik. Bu gün fəxr edirik ki, dünyada barmaqla sayılası qədər lideri olan ölkələrdən ikisi bizik – Azərbaycan və Türkiyə”.

Hülusi Kılıç isə deyib ki, Türkiyə ilə Azərbaycanın birliyi sonsuza qədər davam edəcək: “Bu gün Türkiyə və Azərbaycanın dünyadakı yeri ilə qürur duyuruq. Bu inkişaf növbəti illərdə də davam edəcək və gənclərimiz ölkələrimizin inkişafında, əlaqələrin möhkəmlənməsində rol oynayacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR