Bakıda “Dəyişən dünya və Güney Azərbaycan Milli Azadlıq Hərəkatı” mövzusunda konfrans keçirilib
APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan AMİP baş katibi Arzuxan Əlizadə 5 il əvvəl Güney Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatı özünün yeni mərhələsinə qədəm qoyduğunu deyib: “Azadlıq ideallarına sadiq olan və bu yolda gərgin mücadilələr verən Güneyli soydaşlarımız İranın eyni adlı rəsmi qəzetində təhqirlərə məruz qalmasına dözməyərək etiraz səsini ucaldaraq rejimin repressiyalarına və basqılarına məhəl qoymadan öz haqları uğrunda meydanlara atıldı. Bu gün də hər cür repressiyalara, sui-qəsdlərə baxmayaraq Milli Azadlıq Hərəkatı davam edir və əminik ki, bu mübarizə tezliklə öz bəhrəsini verəcək”.
Daha sonra tədbirdə 22 may 2006-cı il Güney Azərbaycanda baş verən hadisələrə həsr olunmuş videoçarx və şəkillər nümayiş olunub.
Tədbirdə çıxış edən AMİP mətbuat və təbliğat katibi Əli Orucov dünyada və regionda cərəyan edən hadisələrin Güney Azərbaycan məsələsinə göstərə biləcəyi təsirnə toxunub: “Dünyada və regionda cərəyan edən proseslər, İran rejiminin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilməsi, eyni zamanda bu dövlətin tədric və izolyasiyaya salınması, ən əsası isə millətimizin özünə güvəninin daha da artması illərdən bəri arzusunda olduğumuz Bütöv Azərbaycan ideyasının gerçəkləşməsinə zəmin yaratmaqdadır”.
Müzakirələr zamanı Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəyli, Güney Azərbaycan analitik informasiya mərkəzinin rəhbəri Əlirza Amanbəyli, Bütöv Azərbaycan Birliyi Rəyasət Heyətinin sədri Aqil Səmədbəyli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, AMİP sədri Yusif Bağırzadə və digər natiqlər mövzu ilə bağlı vacib problemlərə toxunublar.
Konfransın sonunda çıxış edən AMİP lideri Etibar Məmmədov bu prosesin davamlı və gündəlik fəaliyyətə keçirilməsinin zəruri olduğunu vurğulayaraq Azərbaycanda siyasətlə məşğul olan hər bir şəxsin gündəliyində Cənubi Azərbaycan məsələsinın öndə olmasını vacib sayıb: “Hər bir Azərbaycan siyasətçisi bu məsələni öz gündəliyinə daxil etməklə bərabər başlanan prosesin Azərbaycanın nəzarəti altında olması istiqamətində fəaliyyət göstərməlidir. Biz Güneydəki bacı və qardaşlarımızı özbaşına buraxa bilmərik ki, bu mübarizədə onlar fars rejimi ilə tək qalsınlar. Təəssüf ki, həmin proses hamının beynində olan prosesə çevrilməyib. Bu proses dalğavari gəlir, yaddaşlarda möhkəmlənir. Biz bunu böyük axına çevirmək istiqamətində fəaliyyət göstərməliyik”.
Güney Azərbaycan məsələsinin beynəlxalq ictimaiyyət qarşısında əsas problemlərdən biri kimi qoyulmasına nail olunması üçün daha artıq səylər göstərilməsinə toxunan AMİP lideri bildirib ki, əsas vəzifələrdən biri Güney Azərbaycan məsələsinin dünyanın gündəminə salmaqdır: “Lakin 5 il ərzində bu vəzifənin öhdəsindən gələ bilməmişik. Ona görə də bu istiqamətdə hamını düşünməyə arzu edirəm. Hər kəs qəlbində olan bu ideyanın həyata keçməsi istiqamətində əməli fəaliyyət göstərməli, ümummilli məsələlərin həlli üçün bir addım atmalıdır. Mən arzu edirəm ki, bu hərəkatlar da nəticəli olsun, hamımız böyük bir ideala qovuşmağımız münasibəti ilə bir-birimizi təbrik edək”.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Mərkəzi Bank maliyyə qruplarına konsolidasiya olunmuş nəzarət edəcək
“Dövlət satınalmaları haqqında” qanunun şamil edilməyəcəyi malların əhatə dairəsi genişlənir
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Mercedes-Benz-in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Prezident: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
Prezident TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat olub
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilir - FOTO
Metronun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir - FOTO
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb
Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb
Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub
Azərbaycan əhalisinin sayı açıqlanıb
AZAL Qazaxıstanda altıncı istiqaməti-Aktöbəyə ilk reysini həyata keçirib
Zaqatalada kişi meyiti aşkarlanıb
Bəzi yerlərə yağış yağıb, duman müşahidə edilir - FAKTİKİ HAVA
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
Ağdamda açıq sahədə yanğın baş verib
Ağcabədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO
Neftin qiyməti 106 dollardan aşağı enib
Yexlaxda 91 yaşlı qadın eyvandan yıxılaraq ölüb
"Buker" mükafatının uzun siyahısı açıqlanıb
Bu günün valyuta məzənnələri
Yaponiya hökuməti kabinetdə dəyişikliklər ərəfəsində istefa verib
Ukrayna Yaroslavldakı NEZ-ə və Rostovdakı hərbi aerodroma zərbələr endirib
“Şərikli çörək” filminin ssenaristi, şair Alla Axundova vəfat edib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Rusiya Kiyevə zərbələr endirib, 12 nəfər yaralanıb
“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötüb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 3
FED-in faiz qərarı fonunda ABŞ birjalarında eniş davam edib
Yəməndə hərbi əməliyyatlar 122 mindən çox insanı evindən didərgin salıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1403 nəfərə çatıb
ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib
Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib
Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır