Bank Of Baku

İctimai Palatanın növbəti sessiyası mayın 27-nə təyin olunub

İctimai Palatanın növbəti sessiyası mayın 27-nə təyin olunub
# 20 may 2011 07:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. İctimai Palatanın (İP) növbəti sessiyası mayın 27-nə çağırılıb. İP Koordinasiya Şurasının (KŞ) üzvü Aqil Səmədbəylinin APA-ya verdiyi məlumata görə, bu barədə qərar KŞ-nın iclasında qəbul olunub.

Sessiya Müsavat Partiyasının qərargahında keçiriləcək.

İclasda qərarların icra vəziyyətinə baxılıb, ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.

Toplantıda İP-ə yen üzvlərin müraciətinə baxılıb, onların üzvlüyə qəbulu məsələsinə İP-in sessiyasında baxılacağı qeyd edilib.

İclasda həmçinin mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsindəki abidəsinin ziyarət olunması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR