Bank Of Baku

Beş partiya “Yeni İslahatçılar Hərəkatı” yaradıb

Beş partiya “Yeni İslahatçılar Hərəkatı” yaradıb
# 20 may 2011 10:58 (UTC +04:00)
APA-nın məlumatına görə, Azad Respublikaçılar Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası (DADP), Azərbaycan Mübarizlər Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası yeni siyasi birlik təsis etdiklərini açıqlayıblar.

DADP sədri Məmməd Əlizadə yeni siyasi birliyin yaradılmasında məqsədlərinin Azərbaycanda sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğuna töhfə vermək olduğunu bildirib.

Yeni birliyin 7 regional komitəsi də yaradılıb. Komitələr rayonlardakı vəziyyətlə bağlı mərkəzi qərargaha məlumat verəcək. Mərkəzi qərargah isə məlumatların bir qismini ictimaiyyətə açıqlayacaq, bir qismini isə Prezident Administrasiyasına təqdim edəcək.
Ölkədə aparılan antikorrupsiya kampaniyasına ciddi dəstək verəcəklərini deyən M. Əlizadə “iqtidaryönlü partiyalar” adlandırılmaları ilə razılaşmayıb: “Biz sadəcə, siyasi partiyayıq. Biz iqtidar və müxalifət partiyaları ilə qarşı-qarşıya oturaraq istənilən məsələni müzakirə etməyə hazırıq. Əlbəttə ki, danışıqları ilk növbədə dövlətçilik mənafelərini müdafiə etmək şərtilə apara bilərik”.

Tədbirdə yeni siyasi birliyə daxil olan digər partiyaların sədrləri - Kamil Seyidov, Ağadur Müslümov, Sabir Tarıverdiyev və Sübut Əsədov da çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR