Bank Of Baku

Vəkil İctimai Palatanın 2 aprel aksiyasında saxlanılan şəxslərlə görüşüb

Vəkil İctimai Palatanın 2 aprel aksiyasında saxlanılan şəxslərlə görüşüb
# 20 may 2011 14:42 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Yalçın İmanov İctimai Palatanın (İP) aprelin 2-də Bakının mərkəzində keçirməyə cəhd etdiyi aksiya zamanı saxlanılan Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli və bitərəf Elnur İsrafilovla görüşüb. Bu barədə APA-ya vəkilin özü məlumat verib. Y. İmanov Ə. Məmmədlinin istintaq qrupu tərəfindən dindirildiyini bildirib: “Onu yenidən dindiriblər. Göründüyü kimi, istintaq davam etdirilir. Elnur İsrafilovun vəziyyəti isə yaxşı deyil. O, bir çox xəstəliklərdən əziyyət çəkir. Bir neçə gün bundan əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin üzvləri də ona baş çəkib vəziyyəti ilə maraqlanıblar”.

Qeyd edək ki, Əhəd Məmmədli Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri, Elnur İsrafilov isə 233-cü maddə ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR