Bank Of Baku

AXCP-nin müşavirəsində aksiyaların davam etdirilməsi barədə qərar qəbul edilib

AXCP-nin müşavirəsində aksiyaların davam etdirilməsi barədə qərar qəbul edilib
# 21 may 2011 16:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisi Rəyasət Heyətinin Bakı şəhəri rayon təşkilatları fəallarının iştirakı ilə müşavirəsi keçirilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının APA-ya verdiyi məlumata görə, toplantıda bir sıra məsələlər, o cümlədən İctimai Palatanın xətti ilə davamlı mitinqlərin keçirilməsi mövzusu müzakirə olunub.

«Biz, həmçinin mayın 28-də Məmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbirinin keçirilməsini qərara aldıq. Müşavirədə mitinqlərin davam etdirilməsi barədə də qərar qəbul edildi», - deyə F. Qəhrəmanlı vurğulayıb.

Müşavirədə İctimai Palatanın rayonlarda təşkilatlanmasında AXCP-nin iştirakı ilə bağlı məsələ ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR