Bank Of Baku

Əli Orucov: “İctimai Palata fəaliyyətini qarşıya qoyduğu hədəflərə uyğun şəkildə davam etdirsəydi, ölkədə real güc mərkəzinə çevrilə bilərdi”

Əli Orucov: “İctimai Palata fəaliyyətini qarşıya qoyduğu hədəflərə uyğun şəkildə davam etdirsəydi, ölkədə real güc mərkəzinə çevrilə bilərdi”
# 23 may 2011 13:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İctimai Palata fəaliyyətini qarşıya qoyduğu hədəflərə uyğun şəkildə davam etdirsəydi, ölkədə real güc mərkəzinə çevrilə bilərdi. Təəssüf ki, bu istiqamətdən yayınmalar və sapmalar baş verdi”.

Bu açıqlamanı APA-ya İctimai Palatanın üzvü, AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov verib. Onun sözlərinə görə, bu amil İctimai Palatanın güc mərkəzi kimi formalaşmasına mane olub: “Təşkilatlanma olmadan, narazı qüvvələri ətrafına cəlb etmədən vaxtından əvvəl meydana atıldı. Bu isə İctimai Palatanın qarşıya qoyulan hədəflərə çatmasına imkan vermədi”.

Ə. Orucov hazırkı mərhələdə AMİP-in fəaliyyət istiqamətlərinə də aydınlıq gətirib və partiyanın yeni yaradılacaq hər hansı bir siyasi birlikdə təmsil olunmayacağını qeyd edib: “Bir müddət öncə Lalə Şövkətin təşəbbüsü ilə ALP sədri Əvəz Temirxan AMİP sədri Yusif Bağırzadə ilə məsləhətləşmələr aparılıb və partiyanın mövqeyi onların diqqətinə çatdırılıb. Fikrimcə, Azərbaycanda hakimiyyətlə real mübarizə aparacaq, vəziyyəti dəyişəcək partiyalar çox azdır. Bu baxımdan bizə təkliflə çıxış edən bu partiyalar insanlar arasında tanınmırlarsa, o partiyaların iddialı olması və güc mərkəzləri yaratmaları barədə səsləndirdiyi fikirlər pafoslu səslənir. Bu təkcə mənim fikrim deyil. Həmin partiyaların fəaliyyəti dekorasiya xarakteri daşıyır və bu cür partiyaların birliyinin yaradılması da vəziyyəti dəyişə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR