Bank Of Baku

ADP İdarə Heyətinin növbəti iclası keçirilib

ADP İdarə Heyətinin növbəti iclası keçirilib
# 23 may 2011 14:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda respublikada və dünyada baş verən ictimai siyasi hadisələrlə bağlı partiyanın mövqeyi müzakirə olunub. İdarə Heyəti ABŞ prezidenti Barak Obamanın dünyada demokratik dəyişikliklərlə əlaqədar səsləndirdiyi son bəyanatlardakı mesajları diqqət mərkəzində saxlayaraq bu barədə bəyanat qəbul edib. Bəyanatda ADP-nin ABŞ prezidentinin dünyada son zamanlar vüsət alan demokratik dəyişikliklər və azadlıqlar uğrunda mübarizə aparan xalqlara verdiyi dəstək mesajları alqışlanıb.

İdarə Heyəti partiya bəzi üzvlərinin həbsini pisləyib, onların azadlığa buraxılmasını tələb edib.

İdarə Heyəti Avropa Parlamentinin sədri Yerji Buzekin Bakıya səfərinin nəticələrini də müzakirə edib, bu səfəri Azərbaycan üçün uğurlu siyasi hadisə kimi qiymətləndirib.

İdarə Heyətində bir sıra təşkilati məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR