Bank Of Baku

İP Koordinasiya Şurasının toplantısında etiraz aksiyasının vaxtının təyin olunması ilə bağlı təklif irəli sürüləcək

İP Koordinasiya Şurasının toplantısında etiraz aksiyasının vaxtının təyin olunması ilə bağlı təklif irəli sürüləcək
# 23 may 2011 14:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Biz AXCP-nin kütləvi aksiyaların davam etdirilməsi barədə qərarını dəstəkləyirik. Ancaq Müsavat Partiyası bu məsələ ilə bağlı İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirildikdən və məsələ müzakirə olunduqdan sonra mövqe bildirmək qərarına gəlib”. Bunu APA-ya açıqlamasında İctimai Palataya (İP) daxil olan Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O bildirib ki, Müsavat Partiyası aksiyanın gününün təyin olunmasına hazırdır: “Ancaq biz eyni zamanda aksiyaları İctimai Palata ilə bərabər keçirməyi daha məqsədəuyğun sayırıq. Hesab edirik ki, bu məsələdə tələsməyə ehtiyac yoxdur. Yəqin ki, Koordinasiya Şurasının mayın 24-də keçiriləcək iclasında AXCP rəhbərliyinin də fikri, arqumentləri dinləniləcək və birgə qərar veriləcək”.

G. Aslanlı İP Koordinasiya Şurasının mayın 24-də keçiriləcək toplantısında növbəti etiraz aksiyasının vaxtının təyin olunmasına dair təklif irəli sürülməsini gözlədiyini də söyləyib: “Son qərarı isə İctimai Palatanın sessiyası verəcək”.

Qeyd edək ki, İP-nin növbəti sessiyası mayın 27-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR