Bank Of Baku

Türkiyə səfirliyində “Samsundan başlanan yol” adlı kitabın təqdimat mərasimi keçirilib

Türkiyə səfirliyində “Samsundan başlanan yol” adlı kitabın təqdimat mərasimi keçirilib
# 23 may 2011 15:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Akif Abbaslının “Samsundan başlanan yol” adlı kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimatda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç kitabın müəllifinə təşəkkürünü bildirib. Səfir Atatürkün həyat və fəaliyyətindən bəhs olunan kitabda çox gözəl nüanslara toxunulduğunu vurğulayıb və bir daha tədbir iştirakçılarına Mustafa Kamal Atatürkün xidmətlərini xatırladıb.

Professor Nizaməddin Şəmsizadə səfirə təşəkkür edib və kitabın müəllifini alqışlayıb: “Atatürkün fəaliyyətini ümumiləşdirilmiş şəkildə vermək çox çətindir. Ancaq Akif bunu bacardı və ona yalnız təbrik düşür. Hər halda bu kitab bütün türklər üçün bir töhfədir. Mən də cənab səfirə Türkiyə mətbuatında çap edilməsi üçün “Türkə yiyə Türkiyə” adlı məqaləmi verdim və onun razılığını aldım”.

Təqdimatı keçirilən kitaba “Samsundan başlanan yol” romanı və “Atatürk” pyesi daxil edilib. Müəllif Akif Abbaslı bildirib ki, istər romanda, istərsə də pyesdə türk dunyasının fəxri, Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən, onun başçılığı altında aparılan azadlıq hərəkatından, müstəqil və azad Türkiyə uğrunda xarici və daxili düşmənlərə qarşı mübarizəsindən söz açılır. Romanda eyni zamanda Atatürkün uşaqlıq illəri, uşaqların və mənəvi övladlarının əhatəsində keçirdiyi anlar əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR