Bank Of Baku

Sərdar Cəlaloğlu: “Azərbaycanda partiyalar nə qədər siyasətdən uzaqlaşırsa, bir o qədər də birlik iddiasına düşür”

Sərdar Cəlaloğlu: “Azərbaycanda partiyalar nə qədər siyasətdən uzaqlaşırsa, bir o qədər də birlik iddiasına düşür”
# 24 may 2011 13:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azərbaycanda partiyalar nə qədər siyasətdən uzaqlaşırsa, bir o qədər də birlik iddiasına düşür”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. O deyib ki, Azərbaycanda bütün siyasi qüvvələrin fəaliyyətinin əlaqələndirilməsinin tərəfdarıdırlar. Müxalifətdə birlik anlayışı haqqında da danışan S. Cəlaloğlu deyib ki, siyasi partiyalar cəmiyyəti heç vaxt tək şəkildə qayğı ilə təmin edə bilməzlər. Bu da siyasi partiyaların tək formada fəaliyyətinin qüsurlu olmasını göstərir: “Yəni partiyalar birləşməsə, proses cəmiyyətin parçalanmasına gətirib çıxara bilər. Bu baxımdan koalisiyaların yaranması partiyaların yaradılmasından doğur”. S. Cəlaloğlu İctimai Palata ilə bağlı da şərh verib: “İctimai Palatanın həm idarə edilməsi, həm də indiki fəaliyyəti qüsurludur və mənim qənaətim özünü doğruldur. AXCP və Müsavat Partiyasının İctimai Palatanı öz nəzarətində olan qurum kimi ictimaiyyətə sırımasını da yanlış hesab edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR