Bank Of Baku

Müsavatın Sədrlər Şurası İsa Qəmbərdən mitinq məsələsini İP Koordinasiya Şurasının gündəliyinə çıxarmağı xahiş edib

Müsavatın Sədrlər Şurası İsa Qəmbərdən mitinq məsələsini İP Koordinasiya Şurasının gündəliyinə çıxarmağı xahiş edib
# 24 may 2011 13:40 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasının Bakı, Sumqayıt şəhər, Abşeron və ərazisi işğal olunmuş rayon təşkilatları Sədrlər Şurasının genişləndirilmiş toplantısı keçirib. Bu barədə APA-ya partiya başqanın müavini Gülağa Aslanlı məlumat verib.

140-a yaxın iştirakçısı olan toplantıda Müsavat başqanı İsa Qəmbər də iştirak edib.
Toplantıda partiyanın ötən həftə sonu keçirdiyi zona müşavirələri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, 28 may tarixində keçiriləcək tədbirlər planı müzakirə olunub.

Toplantıda Sədrlər Şurasının İctimai Palatanın (İP) Koordinasiya Şurasına (KŞ) növbəti mitinq gününün təyin olunması ilə bağlı müraciət etdiyi xatırladılıb. Sədrlər Şurası İP KŞ-nin bugünkü toplantısında həmin məsələnin yenidən gündəliyə çıxarmasını KŞ üzvü, Müsavat başqanı İsa Qəmbərdən xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR