Bank Of Baku

Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin həbs müddəti daha 2 ay uzadılıb

Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin həbs müddəti daha 2 ay uzadılıb
# 24 may 2011 15:01 (UTC +04:00)
Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, məhkəmə prokurorluğun vəsatətini təmin edərək, həmin şəxslərin barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin daha 2 ay uzadılması barədə qərar qəbul edib.

Xatırladaq ki, aprelin 2-də A. Hacılının da üzvü olduğu İctimai Palata Bakının mərkəzində etiraz aksiyası keçirməyə cəhd edib. Həmin gün baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Səbail rayon Məhkəməsi A. Hacılı , Tural Abbaslı və Məhəmməd Məcidli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR