Bank Of Baku

İctimai Palatanın aksiya keçirməsi üçün ünvan müəyyənləşib

İctimai Palatanın aksiya keçirməsi üçün ünvan müəyyənləşib
# 25 may 2011 10:35 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Mitinqin keçirilməsi tarixi İctimai Palatanın sessiyasında həll olunacaq. Həmçinin, yer seçimi də sessiyanın qərarından asılı olacaq. Ancaq ehtimal kimi indidən demək olar ki, aksiyanın “Nərimanov” kinoteatrının qarşısında keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət olunacaq”. Bu açıqlamanı APA-ya İctimai Palatanın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı verib. O, BŞİH-in aksiyanın keçirilməsinə icazə verilməyəcəyi təqdirdə mitinqin harada keçirilməsi məsələsinin də İctimai Palatanın mayın 27-də keçiriləcək sessiyasında müzakirə ediləcəyini bildirib.

İP-ə daxil olan Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə APA-ya deyib ki, İP Koordinasiya Şurasının mayın 26-da keçiriləcək toplantısında sessiyaya hansı təklif veriləcəksə, bu, mübahisə mövzusu olmadan qəbul olunacaq: “Aksiya istər iyunun 12-si, istərsə də iyunun 19-na təyin olunsun, bizim üçün fərqi yoxdur. Ancaq nə qədər tez olsa, o qədər yaxşıdır. Bizim üçün İP Koordinasiya Şurasının təklifi və sessiyanın qərarı daha əhəmiyyətlidir”.

İP-də təmsil olunan KXCP Təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu APA-ya açıqlamasında İP-in aksiya ilə bağlı qərarını gözlədiklərini bildirib: “Bu məsələ KXCP İdarə Heyətində müzakirə olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR