Bank Of Baku

Rəbiyyət Aslanova: “Milli Məclisdə qadınlar üçün kvotanın müəyyənləşdirilməsi düzgün deyil”

Rəbiyyət Aslanova: “Milli Məclisdə qadınlar üçün kvotanın müəyyənləşdirilməsi düzgün deyil”
# 25 may 2011 12:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Milli Məclisdə qadınlar üçün kvotanın müəyyənləşdirilməsi düzgün deyil”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. O bildirib ki, bu təklifin hər zaman əleyhinə olub: “Əvvəllər də belə bir yanaşmanın – kvotanın əleyhinə olmuşam. Bu gün də həmin mövqedə qalıram. Növbəti seçkilərin birində qadınlar parlamentdəki deputat yerlərinin 50 faizinə sahib olsalar, kvota isə 30 faiz olarsa, o zaman yerdə qalan 20 faizlə bağlı hansı addım atılmalıdır?”

R. Aslanova Milli Məclisdə yaşlı deputatlara daha çox yer verilməsi haqda səslənən fikirlərə də münasibətini bildirib. O hesab edir ki, bilik və bacarığına, peşəkarlığına, o cümlədən cəmiyyətdə tutduğu mövqeyinə görə seçilən şəxs parlamentin deputatı ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR