Bank Of Baku

Azərbaycan Xalq Cümhuriyyətinin 93-cü ildönümünə həsr olunmuş partiyalararası mini futbol turniri keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin 93-cü ildönümünə həsr olunmuş partiyalararası mini futbol turniri keçiriləcək
# 26 may 2011 09:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının və “N!DA” Vətəndaş Hərəkatının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 93-cü ildönümünə həsr olunan “Gənclərin Cümhuriyyət Kuboku” mini futbol turniri keçiriləcək.

Təşkilatçı qurumların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, turnirdə VHP, KXCP, AXCP, Ümid, Müsavat, ADP, BQP, VİP, AMDEP-nin gənclər təşkilatları, QAT, “N!DA”, “Dalğa”, “Azad gənclik”, “Milli fikir” və “Güvənc Körpüsü” qurumlarının komandaları yarışacaqlar. Turnir iyunun 1-dən 14-dək 4 qrup üzrə keçiriləcək. Hər qrupda birinci yer tutan komandalar birincilik uğrunda mübarizə aparmaq hüququ qazanacaq. Yarışın qalibinə baş mükafat, ikinci və üçüncü yeri tutan komandalara isə sertifikat və mükafat veriləcək.

Turnirin püşkatma mərasimi mayın 30-da, saat 15.00-da VHP-nin mərkəzi qərargahında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR