Bank Of Baku

“Qarabağ dünən, bu gün və sabah” mövzusunda elmi-praktik konfrans keçirilib

“Qarabağ dünən, bu gün və sabah” mövzusunda elmi-praktik konfrans keçirilib
# 26 may 2011 09:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Qarabağ Azadlıq təşkilatı (QAT) “Qarabağ dünən, bu gün və sabah” mövzusunda elmi-praktik konfrans keçirib. APA-nın məlumatına görə, QAT sədri Akif Nağı konfransın sayca X olduğunu deyib və hər il 28 May – Cümhuriyyət Günü ərəfəsində keçirildiyini söyləyib: “Konfransın nəticəsi olaraq son 10 ildə 500-ə qədər məqalə toplu olaraq kitab şəklində çap edilib, məqalələrin 100-dən çoxu ingilis və rus dillərinə tərcümə edilərək ayrıca kitab şəklində buraxılıb. Kitabda olan məqalələrin elektron versiyası da hazırlanaraq sayta yerləşdirilib”.

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bu konfransın materialları haqqında məlumat verərək bildirib ki, “Qarabağ dünən, bu gün və sabah” adlı kitabda Qarabağ müharibəsinin gedişi, münaqişənin həlli yolları və digər məsələlərlə bağlı 40 məqalə toplanıb.

Sonra konfrans məqalə müəlliflərinin çıxışları ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR