Bank Of Baku

Müsavat Gənclər Təşkilatı sədrinin apellyasiya şikayəti təmin olunmayıb

Müsavat Gənclər Təşkilatı sədrinin apellyasiya şikayəti təmin olunmayıb
# 26 may 2011 10:40 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının Səbail Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Vəkil Anar Qasımovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, Tural Abbaslı barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatətlə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin vəsatəti təmin etmədiyindən apellyasiya şikayəti verilib.

Qeyd edək ki, İctimai Palatanın (İP) aprelin 2-də Bakının mərkəzində keçirməyə cəhd etdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Tural Abbaslının barəsində məhkəmə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Onu da qeyd edək ki, məhkəmənin qərarı ilə Tural Abbaslının barəsində seçilən həbs-qətimkan tədbirinin vaxtı daha 2 ay müddətinə uzadılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR