Bank Of Baku

Abel Məhərrəmov: “Bakı Dövlət Universiteti Xalq Cümhuriyyətinin Azərbaycana bəxş etdiyi böyük əsərdir”

Abel Məhərrəmov: “Bakı Dövlət Universiteti Xalq Cümhuriyyətinin Azərbaycana bəxş etdiyi böyük əsərdir”
# 26 may 2011 11:52 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA. Bakı Dövlət Universitetində (BDU) 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, XX əsr Azərbaycan xalqının həyatında çox böyük mübarizələr əsri olub, azadlıq və istiqlaliyyət uğrunda çoxlu qanlar tökülüb, xalqımız saysız-hesabsız şəhidlər verib.

Rektor deyib ki, 23 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, bu gün xalq Məhəmməd Əmin Rəsulzadəni, Fətəli xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu və digər cümhuriyyət rəhbərlərini qəlbində yaşadır. A. Məhərrəmovun sözlərinə görə, 1991-ci ildə əldə edilən müstəqillik həmin mübarizənin məntiqi nəticəsidir. O, BDU-nun Xalq Cümhuriyyətinin Azərbaycana bəxş etdiyi böyük əsər olduğunu xüsusi vurğulayıb.

Rektorun çıxışından sonra bu tarixi hadisələri əks etdirən slaydlar nümayiş etdirilib və tələbələr tərəfindən konsert proqramı təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR