Bank Of Baku

Əli Əhmədov: “Bəzi partiyalar gənclərdən özlərinin mənfi məqsədləri üçün istifadə edirlər”

Əli Əhmədov: “Bəzi partiyalar gənclərdən özlərinin mənfi məqsədləri üçün istifadə edirlər”
# 26 may 2011 14:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Bəzi partiyalar var ki, gənclərdən özlərinin mənfi məqsədləri üçün istifadə edirlər. Onlardan küçələrdə pəncərələri sındırmaqda, hansısa xarici qüvvələrin maraqlarını həyata keçirməkdə istifadə edirlər”.

APA-nın məlumatına görə, bu açıqlamanı Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katib Əli Əhmədov partiyanın Binəqədi rayon təşkilatının üzvləri ilə keçirilən görüşdə deyib.

O qeyd edib ki, bəzi qüvvələr ölkədə vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə cəhd edir: “Bu zaman gənclik dövlətçiliyimizin yanında oldu. Səhv yola gedən gəncləri isə bu yoldan çəkindirməkdə onlara kömək etməlisiniz. Yəni, gənc nəsil hər şeydən əvvəl özünü pozitiv göstərməyə çalışmalıdır. Az da olsa gənclərimiz kimlərinsə maraqlarının həyata keçirilməsi üçün alətə çevrilirlər. Kim o tələyə düşübsə, o gənclərin həyatı sınır. Biz bunu istəmirik. İstəyirik ki, onlar düz yola yönəlsinlər, Azərbaycanın inkişafı naminə prosesdə iştirak etsinlər”.

Ə. Əhmədov bildirib ki, həmin qüvvələrin maraqları altına düşən gənclər dövlətçiliyimiz üçün təhlükə deyillər: “Sadəcə taleləri bizi ağrıdır və narahat edir. Gənclik bu məsələlərə diqqət yönəltməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR