Bank Of Baku

Əli Əhmədov: “Müxalifətin birləşmələri artıq lətifəyə çevrilib”

Əli Əhmədov: “Müxalifətin birləşmələri artıq lətifəyə çevrilib”
# 26 may 2011 15:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müxalifətin radikal qanadında təmsil olunan siyasi partiyalar cəmiyyətdəki dayaqlarını büsbütün itiriblər. Bunun ən bariz sübutu onların aprel ayında keçirdikləri mitinqin tamamilə iflasa uğramasıdır. Bu cür ictimai dəstəyə sahib partiyaların hansı formatda birləşməsindən asılı olmayaraq ortaya çıxaracaqları real güc aprel aksiyalarından güclü olmayacaq”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan cəmiyyəti müxalifəti dəstəkləmir: “Müxalifətin birləşmələri artıq lətifəyə çevrilib. Yəni bundan əvvəl birləşib nə ediblər ki, bundan sonra da nə isə etsinlər? İndi İctimai Palata yaradıblar. Bununla nə qazandılar ki, növbəti birlikləri ilə də nə isə əldə edə bilsinlər?”

Ə. Əhmədovun fikrincə, bir neçə kiçik partiyanın birləşməsindən əmələ gələn birliyin özü də kiçik olacaq: “Səkkizi də birləşsə, olacaq 8 kiçik partiyanın yaratdığı kiçik birlik. Bu cür birliklərin böyüklük parametrlərinə sahib olduğunu düşünmək düzgün deyil. Bilirsiniz ki, dünyanın G-8 deyilən böyük bir birliyi var. Yəqin müxalifət də 8 partiyadan ibarət birlik yaratmaqla həmin G-8-i təkrarlamaq istəyir. “Ördəyin qaz yerişi” heç vaxt alınmayıb, alınmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR