Bank Of Baku

Əli Həsənov: “Ağlı, düşüncəsi və cibində vəsaiti olan ermənilərin hamısı Ermənistanı tərk edib”

Əli Həsənov: “Ağlı, düşüncəsi və cibində vəsaiti olan ermənilərin hamısı Ermənistanı tərk edib”
# 27 may 2011 10:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Son 15 ildə Ermənistanı 1,5 milyon erməni tərk edib. Bunlar başında bir balaca ağlı, düşüncəsi və cibində vəsaiti olan ermənilərdir. Ermənistanda qalan ermənilərin hamısı yazıqlar, əlsiz-ayaqsızlardır. Dağlıq Qarabağdakılar isə silah altında orada saxlanılır. Onlara qrantlar verməklə şirnikləndirir və birtəhər saxlayırlar”. APA-nın xəbərinə görə, bu sözləri baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib. O, Laçın və Kəlbəcər rayonlarına yerləşdirilən erməniləri “anormal” adlandırıb: “Normal erməni gəlib orada yaşayarmı? Axı bilirlər ki, bura Azərbaycan torpağıdır və gec-tez azərbaycanlılar ora qayıdacaq. Gələcəklərini, uşaqlarını düşünsünlər. Onları haradansa gətiriblər, deməli, qaçqın düşüblər. Gələcəkdə ikinci dəfə qaçqın düşəcəklər. Ermənilər ATƏT-in axırıncı hesabatında göstərilməyən bəzi rayonlara da yerləşdiriliblər. Bizim xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatlara görə, bəzi rayonlarda məskunlaşma var. Bəzi qonşu dövlətlər də onlara köməklik edirlər, qaz verirlər, yemək verirlər. Bunlar hamısı müvəqqətidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR