Bank Of Baku

Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatr mövsümü” kitabının müzakirəsi keçirilib

Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatr mövsümü” kitabının müzakirəsi keçirilib
# 27 may 2011 10:56 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə komitənin rəhbərliyi, Prezident Administrasiyasının nümayəndəsi, Milli Məclisin deputatları, işğal olunmuş rayonların icra hakimiyyəti başçıları və digər şəxslər iştirak edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov “Gorus-2010: absurd teatr mövsümü” kitabının əhəmiyyətindən danışıb. O, kitabda Ermənistan prezidenti Serj Sarkisyanın və erməni diasporasının iç üzünün məharətlə açıldığını vurğulayıb. Ən aqressiv ermənilərin məhz Gorus erməniləri olduğunu deyən Ə. Həsənov, kitabın dünya erməni diasporunun türk və azərbaycanlılara qarşı apardığı siyasət əleyhinə təbliğat baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib: “Bu kitab həm də Xocalı faciəsi ilə bağlı ermənilərin əsl üzünü açıb”.

Çıxış edən deputat Bəxtiyar Əliyev, Prezident Administrasiyasının nümayəndəsi Vüqar Səlimov və başqaları “Gorus-2010: absurd teatr mövsümü” kitabının əhəmiyyətindən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR