Bank Of Baku

AMİP və KXCP sədrləri görüşüblər

AMİP və KXCP sədrləri görüşüblər
# 27 may 2011 12:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə və Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu arasında görüş keçirilib. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMİP qərargahında keçirilən görüşdə hər iki partiya arasında əməkdaşlığın imkanları, müxalifətarası inteqrasiya, ideoloji yaxınlaşma, ölkədəki mövcud durum, dünyada və regionda baş verən hadisələr geniş müzakirə olunub.

Tərəflər partiyalar arasında əlaqələrin daha da genişləndirilməsi və qeyri-iqtidar düşərgəsindəki pərakəndəliyin aradan qaldırılması istiqamətində fəaliyyətlərin gücləndirilməsinin vacibliyi qənaətinə gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR