Bank Of Baku

Abel Məhərrəmov: “Bakı Dövlət Universitetinə Heydər Əliyevin adı verilə bilər”

Abel Məhərrəmov: “Bakı Dövlət Universitetinə Heydər Əliyevin adı verilə bilər”
# 27 may 2011 13:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcılarının xatirəsinə abidə kompleksi ucaldıla bilər. APA-nın məlumatına görə, bu barədə BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.

«Məmməd Əmin Rəsulzadənin abidəsinin ucaldılması barədə qərar dövlət səviyyəsində həll olunmalıdır. Əgər müvafiq qərar olarsa, biz də bunu dəstəkləyəcəyik. Mən hesab edirəm ki, Xalq Cümhuriyyətinin qurucularına kompleks abidə yaradılmalıdır», - deyə rektor qeyd edib.

Rektor hesab edir ki, BDU-ya sabiq prezident Heydər Əliyevin də adının verilməsi də mümkündür: “Universitetə ya dünya şöhrətli siyasətçinin, ya elm korifeyinin adı verilə bilər. Heydər Əliyev BDU-nun tələbəsi, özü də dünya şöhrətli tələbəsi olub. Rəsulzadə isə bu universitetdə dərs keçib. Biz bu məsələni siyasi müstəvidə qaldıra bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR