Bank Of Baku

Azərbaycan prezidenti Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
# 27 may 2011 16:04 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanda idmanın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq dövlət başçısı Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisinə başlamaq üçün Gənclər və İdman Nazirliyinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat (hər kompleks üçün 1,0 milyon manat) vəsait ayrılmasına göstəriş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR