Azərbaycan prezidenti İlham Əliyev 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib. Dövlət başçısı rəsmi qəbulda nitq söyləyib.
Prezident İlham Əliyev Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək, 93 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublikanın yaranmasını tarixi hadisə kimi səciyyələndirib. Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Prezident İlham Əliyev cümhuriyyətin cəmi iki il yaşadığını, bundan sonra sovet dövrünün başlandığını qeyd edib və deyib ki, bütün çətinlik və ideoloji çərçivələrə baxmayaraq, o dövr də Azərbaycan üçün uğurlu olub.
İyirmi il əvvəl yenidən bərpa olunmuş müstəqilliyimizin ilk illərinin çətin keçdiyini, o vaxt respublikamızda gedən proseslərin ölkəmiz üçün böyük təhlükə olduğunu deyən prezident İlham Əliyev həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın Azərbaycanı iflic vəziyyətinə saldığını diqqətə çatdırıb.
Dövlət başçısı bildirdi ki, Azərbaycan xalqının tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin səyləri nəticəsində qısa müddət ərzində bütün xoşagəlməz hallara son qoyuldu. 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik və inkişaf dövrü başlayıb. Dövlətçiliyimizin əsasları da məhz 1993-cü ildən sonra formalaşıb.
Prezident İlham Əliyev 1993-2003-cü illərin Azərbaycanın inkişafı üçün həlledici illər olduğunu deyərək, bundan sonrakı dövrdə də ölkəmizin böyük nailiyyətlərə imza atdığını və bunun statistik rəqəmlərdə də öz əksini tapdığını qeyd edib. Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib, regional müstəvidə təsir imkanlarımız artıb. Siyasi islahatlarla yanaşı iqtisadi sahədə böyük uğurlar əldə edilib. Son 7-8 ildə ümumi daxili məhsul və sənaye istehsalı təxminən 3 dəfə artıb, yoxsulluq 5 dəfə azalıb, ölkəmizdə 1 milyona yaxın yeni iş yeri açılıb. Prezident İlham Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq dövlət büdcəsinin 20 milyard dollara çatdığını bildirib.
Dövlət başçısı qeyd etdi ki, son illər Azərbaycanda uğurlu enerji siyasəti aparılıb. Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib, digər ölkələrin də enerji təhlükəsizliyinə töhfə verir.
Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması sahəsində də xeyli işlərin görüldüyünü deyən dövlət başçısı ölkə qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olduğunu söyləyib. Bildirib ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç vaxt yol verməyəcək.
Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafı və hüquqi-demokratik dövlət quruculuğu prosesinin bundan sonra da uğurla davam edəcəyini diqqətə çatdıraraq Azərbaycan xalqını bir daha Respublika Günü münasibətilə təbrik edib.
Rəsmi qəbul incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Prezident: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
Prezident TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat olub
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilir - FOTO
Metronun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb
Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb
Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub
Azərbaycan əhalisinin sayı açıqlanıb
AZAL Qazaxıstanda altıncı istiqaməti-Aktöbəyə ilk reysini həyata keçirib
Zaqatalada kişi meyiti aşkarlanıb
Bəzi yerlərə yağış yağıb, duman müşahidə edilir - FAKTİKİ HAVA
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
Ağdamda açıq sahədə yanğın baş verib
Ağcabədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO
Neftin qiyməti 106 dollardan aşağı enib
Yexlaxda 91 yaşlı qadın eyvandan yıxılaraq ölüb
"Buker" mükafatının uzun siyahısı açıqlanıb
Bu günün valyuta məzənnələri
Yaponiya hökuməti kabinetdə dəyişikliklər ərəfəsində istefa verib
Ukrayna Yaroslavldakı NEZ-ə və Rostovdakı hərbi aerodroma zərbələr endirib
“Şərikli çörək” filminin ssenaristi, şair Alla Axundova vəfat edib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Rusiya Kiyevə zərbələr endirib, 12 nəfər yaralanıb
“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötüb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 3
FED-in faiz qərarı fonunda ABŞ birjalarında eniş davam edib
Yəməndə hərbi əməliyyatlar 122 mindən çox insanı evindən didərgin salıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1403 nəfərə çatıb
ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib
Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib
Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir