Bank Of Baku

Qurban Məmmədov: “İsa Qəmbər məktubumuzu cavablandırdıqdan sonra “Səkkizlərin zirvə toplantı”sının formatı dəqiqləşəcək”

Qurban Məmmədov: “İsa Qəmbər məktubumuzu cavablandırdıqdan sonra “Səkkizlərin zirvə toplantı”sının formatı dəqiqləşəcək”
# 30 may 2011 10:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “ “Səkkizlərin zirvə toplantısı”nda iştirakla bağlı rəsmi məktub ünvanladığımız partiya sədrləri mənə zəng edərək razı olduqlarını deyiblər. Yalnız Müsavat Partiyasının başqanı İsa Qəmbər məktuba cavab verməyib və o öz mövqeyini açıqlayandan sonra görüşün formatı, vaxtı və yeri dəqiqləşdiriləcək”.

Bu açıqlamanı APA-ya Vətəndaş Hərəkatı Forumunun nümayəndəsi Qurban Məmmədov verib. O deyib ki, məşvərət xarakterli toplantıda əməkdaşlığın davam etdirilməsinə dair razılıq əldə olunarsa, “8+9” formatında Koordinasiya Şurasının və ya İdarə Heyətinin yaradılması nəzərdə tutulub: “Bu qurumun İctimai Palatanın bazasında formalaşması təklifi ilə çıxış etmişik. Çünki Müsavat Partiyası, AXCP və AMİP bu qurumun fəaliyyətinin genişlənməsi üçün çox əziyyət çəkiblər. Digər tərəfdən isə kənarda olan partiyaların da çoxlu sayda sıravi üzvləri İctimai Palatada təmsil olunur. Onsuz da bir birlik var. Məqsədimiz də budur ki, 8 partiya ilə yanaşı İdarə Heyətində də 9 nəfər ölkənin tanınmış ziyalıları cəmləşsin və ümumxalq hərəkatını idarə edəcək vahid bir təşkilat yaransın”. Q. Məmmədov forumun məktubunun rəsmi qaydada İsa Qəmbərə çatdırıldığını da qeyd edib: “İki-üç dəfə İsa Qəmbərlə görüşümüz olub və o deyib ki, təklifi müzakirə edib cavablandıracağıq”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə APA-ya bildirib ki, bu barədə partiyaların müraciətinə münasibət bildirmək daha düzgün olardı: “Mənə də bu partiyalardan təklif daxil olmayıb. Hər halda hesab edirik ki, partiyaların görüşü partiyaların dəvəti və təşəbbüsü ilə keçirilə bilər. Müraciət edən Vətəndaş Hərəkatı Forumunun nümayəndələri ilə bu barədə söhbətimiz olub”.

Qeyd edək ki, Vətəndaş Hərəkatı Forumu “Səkkizlərin zirvə toplantısı”nda AXCP, AMİP, ALP, VİP, KXCP, ADP, Müsavat və Ümid partiyalarının iştirak etməsi təklifi ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR