Bank Of Baku

Milli Məclis qanunvericiliyə təbii qaz və elektrik enerjisi xətlərinin yazılı bildiriş verilmədən kəsilməsinin qarşısının alınması barədə dəyişiklik edib

Milli Məclis qanunvericiliyə təbii qaz və elektrik enerjisi xətlərinin yazılı bildiriş verilmədən kəsilməsinin qarşısının alınması barədə dəyişiklik edib
# 31 may 2011 09:50 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirib ki, dəyişiklikdə əsas məqsəd təbii qaz və elektrik enerjisi xətlərinin yazılı bildiriş verilmədən kəsilməsinin qarşısı almaqdır. Onun sözlərinə görə, dəyişikliklərin qəbulundan sonra yazılı bildiriş vermədən xətləri kəsən müfəttişlər məsuliyyətə cəlb olunacaqlar. Layihə müzakirələrdən sonra qəbul olunub.
Milli Məclisin bugünkü iclasının gündəliyinə, həmçinin “Yol hərəkəti haqqında”, Mülki Prosessual Məcəlləyə, Cinayət Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər edilməsi haqqında layihələrin müzakirəsi daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR