Bank Of Baku

Azərbaycan Milli Məclisinin növbədənkənar iclasları keçiriləcək

Azərbaycan Milli Məclisinin növbədənkənar iclasları keçiriləcək
# 31 may 2011 13:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. İyun ayında Azərbaycan Milli Məclisinin növbədənkənar iclaslarının keçirilməsi barədə qərar qəbul edilib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküoğlu məlumat verib.

İyun ayında parlamentin növbədənkənar neçə iclasının keçiriləcəyi barədə məlumatsız olduğunu deyən A. Təvəkküloğlunun sözlərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, ayda parlamentin minimum 2 plenar iclası keçirilə bilər.

A. Təvəkküloğlu iclaslarda Azərbaycan prezidenti tərəfindən təqdim olunmuş qanunvericilik işlərinin və parlamentin yaz sessiyasının gündəliyinə daxil edilmiş, lakin qəbul edilməyən qanun layihələrinin təsdiqlənəcəyini bildirib.

Qeyd edək ki, parlamentin növbəti iclaslarından birinin iyunun 21-də keçirilməsi planlaşdırılır. Bu iclasda «Ombudsman haqqında» Konstitutsiya qanununa dəyişikliklər yekun səsverməyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR